14/11/2017
19:25
1358
| A A A
Tebas: "Əminəm ki, PSG və "Manchester City" fırıldaqçılıq edir

İspaniya La Liqasının prezidenti Xavyer Tebas növbəti dəfə PSG klubunu "Financial fair play" qaydalarını pozmaqda ititham edib. Goal.az xəbər verir ki, ispaniyalı funksioner hər iki klubun transfer bazarındakı fəaliyyətini tənqid atəşinə tutub.

"Biz PSG və "Manchester City"dən UEFA-ya şikayət ünvanladıq. Məsələ Neymarda deyil, iradımız əvvəl də vardı. Hələ martda Naser əl-Xəlaifi ilə görüşdə demişdim ki, onların işlətdiyi fırıldaqdan şikayət edəcəyik. PSG Qətər turizmindən təxminən 40 milyon avro qazanır. Suallardan qaçmaq üçün onlar sponsor müqavilələrindən gəlir əldə etdiklərini bildirirlər. Son illər adları çəkilən 2 klub transferlərə hamıdan çox pul xərcləyib. Əminəm ki, PSG və "Manchester City" fırıldaqçılıq edir.

PSG-nin mövqeyi inflyasiya ilə nəticələndi. Bu da "Atletico Madrid"ə öz təsirini göstərdi. Transferlərə çox pul xərclənməsi klubları məcbur edir ki, futbolçuları komandada saxlamaq üçün əlavə maliyyə itkisinə yol versinlər".

Ən baxımlı liqa hansıdır?

İNGİLTƏRƏ P.L
%
İSPANİYA L.L
%
AZƏRBAYCAN P.L
%
TÜRKİYƏ S.L
%
ALMANİYA B.L
%
FRANSA L.1
%
İTALİYA A.S
%
RUSİYA P.L
%
66308 səs