04/12/2017
14:33
6661
| A A A
"Seksi geyinmədim, xoşbəxtsiniz?"

Moskvada DÇ-2018-in püşkatma mərasimi keçirildi. İranlı futbolsevərlər İRİB televiziyasının yayımı kəsməməsi üçün tədbirin xanım aparıcısı Mariya Komandnayadan açıq-saçıq geyinməməyi xahiş etmişdi.

Goal.az xəbər verir ki, istənilən şəkildə geyinən xanım aparıcı tədbirdən sonra iranlı azarkeşlərin istəklərinə qarşılıq olaraq "İran, xoşbəxtsən?" yazısını paylaşıb. Bu paylaşım sonrası iranlılar xanım aparıcıya təşəkkür ediblər. Onların arasında iranlı futbolçu Serdar Azmun da yer alıb. 

Komandnaya tədbirdə V yaxalı qapalı sinə dekoltesi olan qara don geyinib. 

Xatırladaq ki, İRİB televiziyası təbdirdən əvvəl Mariya Komandnaya açıq geyim geyinəcəyi halda püşkatmanın yayımlanmayacağını bildirmişdi. Yerli azarkeşlər də, kompaniya başladaraq rus xanımdan belə xahiş etmişdilər.

Ən baxımlı liqa hansıdır?

İNGİLTƏRƏ P.L
%
İSPANİYA L.L
%
AZƏRBAYCAN P.L
%
TÜRKİYƏ S.L
%
ALMANİYA B.L
%
FRANSA L.1
%
İTALİYA A.S
%
RUSİYA P.L
%
69614 səs