04/12/2017
18:18
6999
| A A A
Qvardiola Poqbanın komandası üçün zədə qarğışına münasibət bildirib

Pol Poqba "Arsenal" - "Manchester United" matçında aldığı qırmızı vərəqəyə görə 3 oyunluq cəza alma təhlükəsi ilə üzləşib. Fransız futbolçu son günlərdə verdiyi açıqlamada, işlərinin asan olması üçün "Machester City" ilə oyun öncəsi rəqibdə zədəli olmasına ümid etdiyini demişdi. 

Goal.az xəbər verir ki, "Manchester City"nin baş məşqçisi Xosep Qvardiola isə Poqbanın derbidə oynama ehtimalından narahat deyil. O həmçinin, Poqbanın açıqlamasına da münasibət bildirib:

"Pol həqiqətən belə söyləyib? Ümid edirəm zədəlimiz olmaz. Mən Polun bizimlə oyunda oynamasını istəyərəm. Çünki, qarşımızdakı klubu ən yaxşı oyunçuları ilə məğlub edə bilib-bilməyəcəyimizi bilmək istəyirəm. Polun sözgəlişi elə dediyini düşünürəm. Heç bir futbolçu, başqasının zədələnməsini ürəkdən arzulaya bilməz".

Ən baxımlı liqa hansıdır?

İNGİLTƏRƏ P.L
%
İSPANİYA L.L
%
AZƏRBAYCAN P.L
%
TÜRKİYƏ S.L
%
ALMANİYA B.L
%
FRANSA L.1
%
İTALİYA A.S
%
RUSİYA P.L
%
69614 səs