05/12/2017
13:43
7478
| A A A
"Real"da bəzi futbolçular qələbəni təkbaşına qazanmaq istəyir"

"Real Madrid"in sabiq direktoru Xorxe Valdano bu mövsüm bir sıra oyunların komanda üçün ağır alınmasının səbəblərini aydınlaşdırıb. Goal.az xəbər verir ki, ispaniyalı funskioner bir sıra futbolçuların fərdi oyuuna meyil etməsini vurğulayıb.

"Komandanın problemlərindən biri paxıllıqdır. Bəzi futbolçular qələbəni təkbaşına qazanmaq istəyir. Onlardan biri İskodur. O. meydanın istənilən hissəsində ortaya çıxır. Bu amil İskonu vacib oyunçuya çevirib. Çox işlədiyinə görə oyunun son 20-25 dəqiqədə yorulur.

Digər fərdi oynayan futbolçu Kriştianu Ronaldodur. O, hər epizoddan fərqlənməyə çalışır. "Athletic"lə qarşılaşmada yaxşı oynadı, amma Kərim Benzema ilə birgə nəsə etmədi. Ronaldo meydanda Benzemanı, Benzema da onu axtarmırdı. Statistika göstərir ki, ikinci hissədə bir-birinə ötürmə verməmişdilər. Bu kimi xırdalıqlar çempionluq mübarizəsi aparan "Real"a öz təsirini göstərir".

Ən baxımlı liqa hansıdır?

İNGİLTƏRƏ P.L
%
İSPANİYA L.L
%
AZƏRBAYCAN P.L
%
TÜRKİYƏ S.L
%
ALMANİYA B.L
%
FRANSA L.1
%
İTALİYA A.S
%
RUSİYA P.L
%
69614 səs