06/12/2017
18:53
3309
| A A A
Klattenburq hakimlikdən Mourinyoya görə gedib

2004-17-ci illərdə hakimliklə məşğul olan Mark Klattenburq hazırda Səudiyyə-Ərəbistanında çalışır. 42 yaşlı Klattenburq fevralda karyerasını bitirmək qərarına aydınlıq gətirib. Goal.az xəbər verir ki, keçmiş referi bunları deyib:

"Ueyn Runinin əfsanəvi Ser Bobbi Çarltonun rekordunu qırdığı oyunda hakimlik edirdim. Matçdan sonra Mourinyo yanıma gəldi və rəqibin qapısına penalti təyin etmədiyimə görə mənə etirazını bildirdi. "Stoke City"nin stadionu həmişə soyuq və dəhşətli olub. "United"in oyunlarını tez-tez idarə etmək də çətindir. Oyun başa çatandan sonra əmindim ki, yaxşı idarəçilik etmişəm. Mourinyo isə bu baxımdan məndə şübhə oyatdı. İradlarını ürəkdən deyirdi. Evə gedəndə düşünürdüm ki, səhvə yol vermişəm. Həyat yoldaşım işimə qarşı münasibətimin dəyişdiyini bilirdi. Öz-özümə dedim: "Görəsən, bu işin bir hissəsi olmaq istəyirəm?" Hiss edirdim ki, işimdən artıq həzz almıram və Premyer Liqanı tərk etməliyəm".

Ən baxımlı liqa hansıdır?

İNGİLTƏRƏ P.L
%
İSPANİYA L.L
%
AZƏRBAYCAN P.L
%
TÜRKİYƏ S.L
%
ALMANİYA B.L
%
FRANSA L.1
%
İTALİYA A.S
%
RUSİYA P.L
%
69614 səs