07/12/2017
13:05
2058
| A A A
Messi Argentinada oynamaqdan qorxur

“Barcelona”nın hücumçusu Lionel Messi futbolçu karyerasını vətəni Argentinada başa vurmağa tərəddüd edir.  Goal.az xəbər verir ki, 30 yaşlı forvard bu barədə “TyC Sports”a müsahibəsində bildirib.

 “İlk yerdə övladlarım, onlardan sonra mənəm. Argentinada oğurluq məqsədi ilə insanların öldürüldüyünü görmək heç də xoş deyil. Dəfələrlə demişəm ki, karyeramı “Newells Old Boys”da başa vurmaq istəyirəm. Lakin oradakı həyat şübhə doğurur. Övladlarımın sakit böyümələrini və təhlükəsiz həyatdan zövq almalarını istəyirəm”.

“Newells Old Boys” Lionel Messinin formasını geyindiyi ilk peşəkar klubdur. O, doğulduğu Rosario şəhərinin komandasında 1995 - 2000-ci illərdə çıxış edib. Forvard bir neçə gün əvvəl “Barselona” ilə 2020/2021 mövsümünün sonuna qədər yeni müqavilə imzalayıb.

Ən baxımlı liqa hansıdır?

İNGİLTƏRƏ P.L
%
İSPANİYA L.L
%
AZƏRBAYCAN P.L
%
TÜRKİYƏ S.L
%
ALMANİYA B.L
%
FRANSA L.1
%
İTALİYA A.S
%
RUSİYA P.L
%
69614 səs