11/01/2018
13:48
6505
| A A A
Zidan: "Müqaviləmin olması da vəziyyətimi asanlaşdırmır"

"Real"ın baş məşqçisi Zinəddin Zidan İspaniya Kubokunda "Numancia" ilə oyundan sonra fikirlərini bölüşüb. Goal.az xəbər verir ki, fransalı mütəxəsis bunları deyib:

"Oyundan oyuna, ildən ilə gedirəm. "Real"da 2-3 il barədə öncədən düşünə bilmərəm. Hətta müqaviləmin olması da vəziyyətimi asanlaşdırmır.

Meydana az çıxan futbolçular narazı ola bilər. İspaniya Kubokunda yaxşı oyun keçirdik. Ola bilsin, matçın sonunda nəsə çatmadı. Komandanın oyunundan razıyam. Təəssüf ki, qollar buraxdıq. Pis oynadığımızı deyə bilərsiz, amma artırmağa davam edəcəyik".