12/01/2018
10:19
2515
| A A A
Renat Dadaşov əsas heyətdən uzaqlaşdırılmasına münasibıt bildirib

Azərbaycan millisinin futbolçusu Renat Dadaşov Almaniya “Eintraxt”ının əsas komandası ilə birgə İspaniya toplanışına, intizamsızlığa yol verdiyi üçün aparılmaması pis təsir edib.

Goal.az xəbər verir ki, 19 yaşlı hücumçu bu barədə şəxsi “Instagram” səhifəsində yazıb: “Yüksəkdən uçursunuzsa, düşüşünüz də dərinə olacaq. Lakin önəmli olan daha yüksək səviyyədə uçmaq üçün sınmamaq və nəfəs almağa davam etməkdir”.

Qeyd edək ki, Renat Dadaşovun “Eintraxt”ın əsas komandası ilə birgə İspaniya toplanışına aparılmamasına səbəb onun istirahət vaxtı hazırılıq planına əməl etməməsi və fiziki durumunun zəifləməsidir. Gənc forvard hazırda Frankfurt təmsilçisinin 19 yaşadək futbolçulardan ibarət komandasının düşərgəsində yer alıb. Yığma üzvünün III Liqada çıxış edən "Hullescher”ə icarəyə verilməsi gündəmə gəlib.