12/01/2018
11:11
6067
| A A A
Erik Abidal: "Messi deməmişdi ki, bunu etmə"

"Barcelona"nın sabiq müdafiəçisi Erik Abidal mətbuatın onun sözlərini təhrif etdiyini bildirib. Goal.az xəbər verir ki, fransalı eks futbolçu xərçəng xəstəsi olduğu zaman komanda yoldaşlarına göndərdiyi videoya görə Messinin narazılıq etmədiyini açıqlayıb.

"Video göndərəndə Messi deməmişdi ki, bunu etmə. Leo sadəcə bildirdi ki, məni bu vəziyyətdə görmək ona xoş deyil. Bununla bağlı is heç nə deməyib" - Abidal tvitter səhifəsində yazıb.

Daha öncə Abidalın adından yayılan xəbərdə qeyd olunurdu ki, onun xərçəngdən əziyyət çəkdiyi vaxt komandaya dəstək üçün göndərdiyi videolara Messi : "bir daha belə videolar göndərmə" - deyərək etiraz edib.