12/01/2018
18:44
1253
| A A A
Ceyhun Cavadov: “Azarkeşlər fərqli “Kəpəz” görəcəklər”

“Plan üzrə hazırlaşırıq, hər şey qaydasında gedir. Gündə iki dəfə ciddi şəkildə məşq edirik”.

Goal.az xəbər  verir ki, bu sözləri klub saytına “Kəpəz”in əsas komandasının üzvü Ceyhun Cavadov deyib. Yarımmüdafiəçi klub saytına açıqlamasında təlim-məşq toplanışını dəyərləndirib: “Məşqlər ağırdır, çünki fiziki yöndə hazırlıq keçirik. Əslində başa düşüləndir. Belə hazırlaşmalıyıq ki, çempionatda bəhrəsini görək. Məşqçilər tərəfindən verilən tapşırıqların hamısını yerinə yetirməyə çalışırıq. Çox işləməliyik, bunu yaxşı başa düşürük. Məqsədimiz çempionata 100 faiz hazır olmaqdır”.

Topaz Premyer Liqasında mövsümün ikinci hissəsinə hazırlığı Bakıda keçirən “Kəpəz”in heyətində xeyli dəyişikliklər var. 8 oyunçu ilə yolları ayıran “sarı-göylər” yeni futbolçularla güclənib. Transferlər hələ də davam edir. Bu məqama diqqət çəkən Ceyhun Cavadov komandaya yeni gələn oyunçuların daxili rəqabəti artıracağını düşünür: “Heyətin güclənməsi istiqamətində işlər görülür, kollektivə yeni futbolçular qoşulur. Böyük rəqabət artıq hiss olunmaqdadır. Hər mövqeyə 2-3 oyunçu var. Heç kim arxayınlaşmamalıdır ki, əsas heyətdə yeri təmin olunub. Əksinə, tam ciddi formada məşq etmək lazımdır. Bu gedişlə çempionata tam hazır olacağıq və azarkeşlər fərqli “Kəpəz” görəcəklər”.    

Ən baxımlı liqa hansıdır?

İNGİLTƏRƏ P.L
%
İSPANİYA L.L
%
AZƏRBAYCAN P.L
%
TÜRKİYƏ S.L
%
ALMANİYA B.L
%
FRANSA L.1
%
İTALİYA A.S
%
RUSİYA P.L
%
75828 səs