17/01/2018
12:30
10500
| A A A
Atası Rayan Qiqqs haqqında: "Belə oğlum olduğuna görə utanıram"

Yanvarın 15-də Uels millisinə baş məşqçi təyin olunan Rayan Qiqqsin atası Denni Uilson onu ailənin üz qarası adlandırıb. Goal.az xəbər verir ki, 62 yaşlı ata bir neçə il öncə Rayanın kiçik qardaşı Rodrinin həyat yoldaşı ilə yatmaqla onun həyatını məhv etdiyini xatırlayıb.

"Özümə onun adını çəkməyi belə rəva görmürəm. Ailənin böyük oğlu kimi qardaşını arxadan vurmamalı, ona dayaq durmalı idi. Qardaşına ən pis xəyanəti etdi və buna görə heç üzr də istəmədi. Onun nail olduqlarına görə dünyada ən sevincli ata olmalıyam. Amma belə oğlum olmasından utanıram. Özünü birinci yerə qoyub. Onu televiziya karyerası və Mançesterdə lüks otellər açmaq maraqlandırır. Onu hər dəfə ekranda görəndə televizoru söndürürəm. Bütün ailə belə edir. Uels millisinə rəhbərlik onluq deyil. Komandanın məşqçisi cəmiyyətdə hörmət qazanan biri olmalıdır. O, mənim oğlumdur. Ailəmin ona hörmət etmədiyini və izləmədiyini deyəndə gözüm yaşla dolur".

2011-ci ildə Nataşa Qiqqs Rayan Qiqqslə aralarında intim münasibət olduğunu bildirmişdi. Bundan sonra Rayanın həyat yoldaşı Steysi onunla boşanmış, qardaşı Rodri isə pis vəziyyətə düşmüşdü. 20 il atasından ayrı olan Rodri 3 ay öncə ona kömək üçün müraciət etmiş, Denni Uilson isə oğluna qucaq açmışdı. Mançesterdə təhlükəsizlik bölməsinin rəisi olan Denni oğluna şəhərdə iş da tapmışdı. Uilsonun ən böyük narazılığı Rayan Qiqqsin etdiklərinə görə üzrxahlıq belə etməməsidir.

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

Real Madrid
%
Liverpool
%
22969 səs
GÜNÜN ƏN ÇOX OXUNANLARI