22/01/2018
19:25
11515
| A A A
Fatih Terimin istefası qəbul olunmadı

Türkiyənin “Galatasaray” klubunun baş məşqçisi Fatih Terim istefa verib.

Bu barədə “TRT Spor”a İstanbul klubunun yeni prezidenti Mustafa Cengiz bildirib. O deyib ki, təcrübəli mütəxəssisin istefası qəbul olunmayıb.

“Fatih Terim mənə hörmət əlamti olaraq istefa təklifi ilə çıxış etdi. Amma qəbul etmədim. Terimin adını ilk olaraq mən dilimə gətirdim. Baş məşqçimiz ilə davam edəcəyik”, - deyə M.Cengiz vurğulayıb.

Qeyd edək ki, Fatih Terim ötən il dekabrın 22-də 4-cü dəfə “Galatasaray”ın baş məşqçisi təyin olunub. Həmin vaxt klub prezidenti son seçkidə uduzan Dursun Özbek idi.