29/01/2018
10:24
11934
| A A A
Messi: "Beşiktaş"ın şansı yoxdur"

"Barcelona"nın ulduz futbolçusu Lionel Messi son müsahibəsində Çempionlar Liqasında klubların şanslarını dəyərləndirib.

Goal.az xəbər verir ki, argentinalı futbolçu "ən güclü klub hansıdır? sualına cavab verərəkən 2 klubun adını qeyd edib:

"Hazırda "Manchester City" ən güclü klubdur. PSG də həmçinin. "Real Madrid"i də gözardı etmirəm. İndiyə qədər gözlənilən nəticəni qazanmasalar belə, Çempionlar Liqasında yaxşı mübarizə aparırlar. "Bayern Munich" də çox ciddi  və möhtəşəm klubdur. Sona qədər gedəcəklər. "Beşiktaş"ın onlar qarşısında şansı yoxdur. Ən güclü klublar kimi isə, "Manchester City" ilə PSG-ni qeyd edərdim".