06/03/2018
13:16
11352
| A A A
Dani Alveşdən gözlənilməz açıqlama: "Astorinin ölümünə üzülmədim"

PSG-nin braziliyalı ulduzu Dani Alveş 1 gün əvvəl otel otağında ölü tapılan italyan futbolçu Davide Astorinin ölümü ilə bağlı verdiyi açıqlama ilə hamını təəccübləndirib.

Goal.az xəbər verir ki, Çempionlar Liqasında "Real"la oyun öncəsi Astorinin ölümünün onlara təsiri barədə sualı belə cavablandırıb:

"Astorinin ölümünə görə üzgün deyilik. Çünki onu çox tanımırdıq. Bu xaotik dünyada edə biləcəyini etdi və indi daha rahat dünyada yaşayacaq. Astorinin ailəsinə görə üzgünəm. Bu dünyada hər gün yüzlərlə uşaq aclıqdan ölür. Onların ölümü də ən azı Astorinin ölümü qədər üzücüdür".

Bu sözlər azarkeşlər tərəfindən birmənalı qarşılanmayıb. Onlar futbolçunu "hissiz, qəddar" adlandırıblar.