13/03/2018
13:23
3215
| A A A
Andre Qomeş: "Oyunlar zamanı pis hisslər yaşayıram"

"Barcelona"nın yarımmüdafiəçisi Andre Qomeş uğursuz oyunlar5 səbəbindən psixoloji gərginlik keçirdiyini bildirib. Goal.az xəbər verir ki, portuqaliyalı havbek bunları qeyd edib:

"Meydanda özümü rahat hiss etmirəm, yerinə yetirdiyim işdən xoşum gəlmir. İlk 6 ayda hər şey qaydasında idi. Sonradan hər şey dəyişdi. Bu söz münasib olmasa da, sanki cəhənnəmə düşdüm. Üzərimdə təzyiq gücləndi. Adətən təzyiqi normal keçirirəm. Amma bunu özüm edəndə vəziyyət yaxşı olmur. Ona görə oyunlar zamanı pis hisslər yaşayıram.

Məşqlərdə rahat və sakitəm, komanda yoldaşlarımın əhatəsində özümü yaxşı hiss edirəm. Bir neçə dəfə olub ki, evdən çıxmaq istəməmişəm. Çünki küçədə diqqətlə baxanlar olacaq. Mühakimə və utanmaqdan qorxmuşam. Mən qapalı adamam. Əhvalımın pis olmasını başqalarına ötürməməyə çalışıram. Belə anlarda heç kimlə danışmıram, heç kimi mənfi emosiyalarla yükləmirəm. Bu dərdli fikirlər mənə ziyan vurur. Beynimdə pis fikirlər dolaşır. Yoldaşlarım kömək etməyə çalışır. Amma hələlik onların gözlədiyi nəticə yoxdur".

GÜNÜN ƏN ÇOX OXUNANLARI