13/03/2018
16:48
3381
| A A A
Qabi: "Atletico" hər kəsin qəlbində deyil"

Antuan Qrizmann "Atletico"nun yeni müqavilə imzalamaq təklifini rədd etməklə "Barcelona"ya transfer məsələsinin şaiyə olmadığını göstərdi. Goal.az xəbər verir ki, Madrid klubunun kapitanı Qabi Fernandez fransalı forvardın qərarına qısaca münasibət bildirib.

"Antuan hamı üçün xüsusi bir adamdır, onu çox sevirik. O, başqalarından daha yüksək səviyyədə oynayır. Qrizmann klubunu dəyişmək istəsə, onun qərarına hörmət edəcəyik. futbolçuların "Atletico"ya məxsus olmasını tələb edə bilmərəm. Başa düşürəm ki, "Atletico" hər kəsin qəlbində deyil. Amma hələlik Antuan burdadır, klubun şərəfini qoruyur və buna layiqdir".