13/03/2018
17:51
5396
| A A A
"Bavariya"nın həkimi: "Qvardiola hakimiyyəti itirməkdən qorxur"

"Bayern Munchen"in həkimi Hans-Vilhelm Müller-Volfhart 2015-ci ildə Qvardiolanın təkidi ilə vəzifəsindən uzaqlaşdırılmışdı. Yupp Haynkesin yenidən baş məşqçi təyin olunması ilə bərabər Volfhart da uzun müddət çalışdığı kluba geri qayıtmışdı. Goal.az xəbər verir ki, təcrübəli həkim Qvardiola ilə münasibətləri barədə avtobioqrafik kitabında yazıb.

"Pep Qvardiolanın özünəinamı aşağıdır. Bunu insanlardan gizlətmək üçün əlindən gələni edir. Elə təsəvvür yaranır ki, o, daimi qorxu içində yaşayır. Qvardiolanı məğlubiyyət yox, hakimiyyət və nüfuzunu itirmək narahat edir. O, hər şeyi hamıdan yaxşı bilirdi. Mənim fikrimcə, futbolçuya 5 dəqiqə isinmə kifayət etmir. Bunun sonu yaxşı olmaya bilər. Qvardiola məndə istədiyi vaxt əmr verə biləcəyi köməkçi görürdü. İrad tutanda onun üstünə elə qışqırıb əlimi stola vurdum ki, onun üstündəki fincan və boşqablar cingildədi. "Bavariya"da işlədiyim uzun dövr ərzində ilk dəfə səsimi yüksəltməli olmuşdum".

Qeyd edək ki, tərəflər arasında yaranan konfliktin səbəbi Qvardiolanın çoxsaylı zədələrdə Volfhartı günahkar görməsi idi.