12/04/2018
11:00
5237
| A A A
Ronaldo: "Juventus-un niyə etiraz etdiyini anlamıram"

İspaniya Real-ı Ronaldonun 90-cı dəqiqədə vurduğu penalti zərbəsi ilə ÇL-da yarımfinala yüksəlib.

Goal.az xəbər verir ki, təcrübəli hücumçu oyundan verdiyi açıqlamada penaltinin təyin olunduğu epizodu belə şərh edib: "Başa düşə bilmirəm ki, Juventus-un futbolçuları niyə etiraz edərək, penaltinin olmadığını bildirirlər. Həmin vaxt qayda pozulmasaydı, qolu oyun epizodundan vuracaqdıq. Müasir futbolda heç kim sənə hədiyyə verməz. Bu səbəbdən, sonadək vuruşduq, təzyiq etdik, çoxlu qol epizodu yaratdıq ki, qol vuraq. Lakin Buffon qapıda möhtəşəm idi. Çox şadıq ki, istədiyimiz qolu vurduq".