16/04/2018
15:48
2279
| A A A
Dembele ayrılıqdan danışdı

Barcelonanın mövsümün əvvəlində 105+40 milyon avro qarşılığında Borussiadan transfer etdiyi Usman Dembele açıqlama verib.

Goal.az xəbər verir ki, fransalı vinger haqqında çıxan transfer şayiələrini təkzib edib:

Barcelona ilə 5 illik müqaviləm var. Burada oynamaq istəyirəm. Ayrılmaq niyyətim yoxdur. Uzun müddət bu komandada qalacam".

20 yaşlı futbolçu fiziki durumunun yaxşı olmadığını etiraf edib:

"Hazırda formamın pik nöqtəsində deyiləm. Fiziki cəhətdən əvvəlki kimi deyiləm və tez yoruluram. Ən yaxşı şəkildə geri dönəcəm".

Qeyd edək ki, Dembele bu mövsüm Barcelona-nın heyətində 18 oyun keçirib və 1 qol, 7 assistlə yadda qalıb.

Mourinyo hansı klubu çalışdırsın?

REAL MADRID
%
MILAN
%
BAYERN MUNICH
%
INTER
%
349 səs