16/04/2018
17:13
1824
| A A A
Pele: "Ümid edirəm Braziliya dünya çempionu olar"

Səhhəti ilə əlaqədar Rusiyada keçiriləcək dünya çempionatına gedə bilməyəcək Pele turnir haqqında fikirlərini bölüşüb. Goal.az xəbər verir ki, "futbol kralı" bunları deyib:

"Braziliya millisi 1950-ci ildə vətənində keçirilən dünya çempionatını qazana bilməmişdi. Onda atamın necə ağladığını gördüm. Həmin vaxt dedim: "Ata, ağlama. Sənə görə dünya çempionu olacam". Bunu yaddan çıxara bilmərəm, atamı xoşbəxt etmək istəyirdim. Təəssüf ki, Braziliya evdə keçirilən son mundialda da uduzdu. Amma futbol sürprizlər boxçası kimidir. Ümid edirəm ki, bəxtimiz gətirər və 2018-ci il dünya çempionatının qalibi olarıq".

Pele karyerası ərzində 1958, 1962 və 1970-ci ildə dünya çempionu olub.