16/04/2018
19:09
1473
| A A A
Santuş: "Bizə qalib gəlmək asan olmayacaq"

Portuqaliya millisinin baş məşqçisi Fernando Santuş 2018-ci il dünya çempionatının favoritlərini açıqlayıb. Goal.az xəbər verir ki, təcrübəli mütəxəsis bunları deyib:

"Mənim üçün mundialın favoritləri Braziliya, Almaniya, İspaniya, Argentina və Fransadır. Onların səviyyəli futbolçuları, dərin heyəti və nüfuzlu turnirlərin final mərhələsində oyun təcrübəsi var. Biz titula əsas namizəd olmadığımızı bilirik. Bunu qəbul etməyə hazırıq. Amma bu, ambisiyamız olmaması anlamına gəlmir. Komandamız güclü və yaxşı təşkil olunmuşdur. Hamıdan güclü olduğumuzu demirik, amma bizə qalib gəlmək asan olmayacaq.

Ronaldo çıxış etdiyi bütün komandalarda vacib fiqur olub. Əlbəttə, dünyanın ən yaxşı futbolçusu komandanın planlarında mühüm yer tutur. Ronaldo meydanda millinin naminə özünü qurban verə biləcəyini nümayiş etdirib. Başqa futbolçular bu nümunədən ruhlanır".

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

Real Madrid
%
Liverpool
%
Bayern Munich
%
Roma
%
13828 səs