02/05/2018
12:00
12212
| A A A
Marselodan penalti etirafı

Çempionlar Liqası yarımfinal mərhələsinin cavab qarşılaşmasında Real Madrid Bayern Munichlə 2:2 oynayıb. İlk görüşdə 2:1 hesabı ilə qələbə qazanan Madrid təmsilçisi finala yüksəlib. Oyunda ən çox müzakirə olunan epizod ilk yarının uzatma dəqiqəsində Marselonun əlinə dəyən topdan sonra türkiyəli referi Cüneyt Çakırın penalti təyin etməməsi olub.

Goal.az xəbər verir ki, epizodun əsas qəhrəmanı olan Marselo oyunsonrası açıqlaması ilə diqqət çəkib: 

"Topa əlimlə toxundum. Toxunmadığımı desəm yalan olar. Epizod penalti idi. Ancaq hakim səhvləri zaman-zaman lehimizə və ya əlehimizə ola bilir".