16/05/2018
16:28
3030
| A A A
"Mario Balotelli ilə mütləq danışacam"

İtaliya millisinin yeni baş məşqçisi Roberto Mançini milliyə dəvət göndərəcəyi futbolçular barədə danışıb. Goal.az xəbər verir ki, gənc mütəxəsis bunları deyib:

"İtaliyada keyfiyyətli futbolçular çoxdur. Hətta çətin anlarda belə yaxşı icraçılar tapa bilərik. Mario Balotelli ilə mütləq danışacam. Ola bilsin, ona dəvət göndərdim. O, komandada görmək istədiyim 3 futbolçudan biridir. AVRO-2016-da Balotellinin göstərdiyi oyunu yada salın. Bizə faydalı ola biləcək çox sayda futbolçu var".