24/05/2018
11:40
25621
| A A A
İkardi Messini günahlandırdı: "Ayıbdır"

İtaliya A seriyasının cari mövsümdə İnter-in heyətində bombardiri olan Mauro İkardi Argentina millisinin dünya çempionatı üçün açıqlanan heyətində yer almayıb.

Goal.az xəbər verir ki, Messinin istəmədiyi futbolçu İnstagram səhifəsindən üzüntüsünü ifadə edən paylaşımla diqqət çəkib:

"Mənim xəyalım öldü, mənim ümidlərim öldü. Bunun üçün hər gün çalışdım və niyə şans almadığımı bilirəm. Bu ayıbdır. Çünki, o adam (Messini nəzərdə tutur - red) bizim geyindiyimiz formanın dəyərlərinə hörmət etməyib ki, mənim də şansım olsun. Bu sevgi əbədidir".