10/06/2018
09:45
12637
| A A A
Salah: "Ramos məni əvvəlcə ağlatdı, sonra güldürdü"

Məhəmməd Salah Çempionlar Liqasının finalında zədələnməsinə səbəb olan Real-ın kapitanı Serxio Ramos barədə danışıb. Goal.az xəbər verir ki, "Marca" nəşrinə açıqlamasında bunları deyib:

"Ramosun mənim zədəmlə bağlı şərhləri maraqlıdır. O, əvvəlcə məni ağlatdı, daha sonra güldürdü. Desin görək, dünya çempionatına qədər zədəmi sağalda biləcəm? Ramos mənə ismarıc göndərmişdi. Mən isə ona hər şeyin qaydasında olduğunu deməmişəm. Karyeramda ən pis anı yaşadım. Bunun oyun epizodu olub-olmamasını belə bilmirəm".