13/06/2018
12:48
759
| A A A
"İki il öncə FİFA kliniki ölüm vəziyyətində idi"

FIFA prezidenti Canni Infantino fəaliyyətə başladığı müddətdən qurumun dirçəldiyini bildirib. Goal.az xəbər verir ki, italyan funksioner Moskvada keçirilən FİFA konqresində bu barədə danışıb.

"İki il ötəndən sonra fəaliyyətimizin icmalını aparmaq vaxtı yetişdi. 2016-cı ildə FİFA klini ölüm vəziyyətində idi. İndi bu təşkilat yaşayır və çiçəklənir. Onun gələcəyə ümidləri var. Mən müəyyən proqram əsasında seçildim. Sizinlə bu proqramı reallaşdırmağa çalışdıq. İndi deyə bilərəm ki, FİFA sağlam mühitdə çalışır".