13/06/2018
15:38
683
| A A A
Səmədov komanda yoldaşını dəstəklədi

Rusiya millisinin üzvü Aleksanr Səmədov  komanda yoldaşı Artyom Dzyubanın DÇ-nin açılış matçı (Rusiya-Səudiyyə Ərəbistanı) barədə dediyi fikirlərə münasibət bildirib.

Goal.az xəbər verir ki, Səmədov nın emosional çıxışı ilə razılaşıb:

"Məncə, Artyom düzgün ifadələr işlədib. O, bütün komandanın adından danışıb. Hamımız istəyirik ki, komandamızda  pozitiv əhval- ruhiyyə olsun. Hesab edirəm ki, bu cür mühiti yaratmaq imkanımız var".

Xatırladaq ki, Dzyuba Rusiya millisi haqda neqativ fikirlərə etiraz edib: "Turnirdə iştirak edən 32 komandadan biri də bizik. Turnir başlamayıb hamı mənfi fikirlər səsləndirir. Bizimlə qaressiv davranırsınız (medianı nəzərdə tutur - red). Daha yaxşı olar ki, turnbir başa çatandan sonra danışılsın. Mən xahiş edirəm, bizə bir az inanın. Bu hamımızın adıdır. Hamımız eyni şeyi istəyirik. Pis oynasaq, uduzsaq bu hamımızın ayıbıdır. Qalib gəlib, yaxşı oyun göstərsək, bu yenə də bizim adımızdır".

GÜNÜN ƏN ÇOX OXUNANLARI