13/06/2018
19:20
4001
| A A A
Federasiya rəhbəri: "Real-la müqavilənin rəsmiləşməsinə 5 dəqiqə qalmış..."

İspaniya Futbol Federasiyasının prezidenti Luis Rubiales Xulen Lopeteqi ilə müqaviləyə xitam verilməsinin səbəbləri haqqında danışıb. Goal.az xəbər verir ki, funksioner bunları deyib:

"Kimsə bizim əməkdaşımızla əlaqə qurmaq istəyirsə, təkcə onunla deyil, federasiya ilə də razılaşmalıdır. Ən əsas İspaniya millisinin mənafeyidir. Dünya çempionatı yüksək səviyyəli turnirdir. İstərdik ki, Lopeteqi başqz cür hərəkət edərdi.

Real Madrid özünə məşqçi axtarır. Bu, qanuni hüquqlarıdır. Onları mühakimə etmək istəmirəm. Müqavilə imzalayıb rəsmi açıqlamaya 5 dəqiqə qalmış bunu bizə deməzlər. Belə qərar verməyə məcbur olduq. Qələbə qazanmaq vacibdir, amma inkişaf yoluna davam etmək daha əsasdır".