08/07/2018
15:34
11325
| A A A
Modriç Ronaldonun Real-dan gedəcəyi xəbərinə münasibət bildirdi

Xorvatiya millisinin oyunçusu Luka Modriç Real-dakı komanda yoldaşı Kriştiano Ronaldo barədə açıqlama verib.

Goal.az-ın xəbərinə görə, DÇ-2018-in 1/4 finalında Rusiyaya qalib gəlib yarımfinala çıxdıqları oyundan sonra jurnalistlərə açıqlama verən yarımmüdafiəçi Portuqaliya millisinin hücumçusu Ronaldonun Juventus-a mümkün keçidi haqda sualı da cavablandırıb.

“Gəlin, gözləyək. Ronaldonun Real-dan gedəcəyini düşünmürəm. Onun komandamızda qalmasını istəyirəm. Çünki Kriştiano dünyanın ən güclü futbolçusudur. Ronaldonu başqa komandada təsəvvür edə bilmirəm. Fikrimcə, o, Real-da qalacaq” – deyə Modriç bildirib.