09/07/2018
10:43
2037
| A A A
Eden Hazard: “Mbappe “Qızıl top”a layiqdir”

Belçika millisinin yarımmüdafiəçisi Eden Hazard Fransa komandasının 19 yaşlı hücumçusu Kilian Mbappe barədə danışıb.

Goal.az xəbər verir ki, Hazard Mbappenin “Qızıl top” mükafatına ən layiqli namizəd olduğunu düşünür:”Onunla bir neçə dəfə telefonla danışmışam. Maraqlıdır ki, Mbappe uşaq vaxtı mənim oyunumu izləyirmiş. İndi isə mən onun necə oynadığını həvəslə izləyirəm. Bir futbolçunun 19 yaşında bu cür oyun göstərməsi hörmətə layiqdir. Müasir futbolda ən istedadlı oyunçuulardan biri Mbappedir. Məncə, o, “Qızıl top” mükatına layiq olduğunu sübut edib”.