11/07/2018
16:15
5108
| A A A
“Cəmi 19 yaşı olan Mbappe müdafiədə panika yaradır”

İngiltərə millisinin keçmiş müdafiəçisi Rio Ferdinand fransalı hücumçu Kilian Mbappe barədə danışıb. Goal.az xəbər verir ki, Ferdinand 19 yaşlı hücumçunun sürətli manevrlərini yüksək dəyərləndirib.

Mbappenin sürəti təəccüb doğurur. Sanki onun sürəti qanunlara sığmır. Cəmi 19 yaşı olan hücumçu müdafiəçiləri panikaya salır. Onun qarşısını almaq bir müdafiəçinin işi deyil. Mütləq komanda yoldaşlarından kömək istəməlisən. Futbolçu karyeramın son dövrlərində mən də belə edirdim. Sürətli hücumçulara qarşı oynayanda müdafiəçilərdən, xüsusilə Maykl Kerrikdən kömək istəyirdim. Hesab edirəm ki, fransalı gənc hücumçunu bir müdafiəçi ilə üzbəüz qoymaq, topu rahat şəkildə qəbul etməsinə imkan vermək olmaz”,-deyə o bildirib