11/07/2018
17:19
1740
| A A A
Kurtua fransızları qınadı

Belçika millisininqapıçısı Tibo Kurtua DÇ-2018-in yarımfinalında Fransa ilə keçirilən oyundan sonra fikirlərini bildirib. Goal.az xəbər verir ki, Kurtua Fransa yığmasını antifutbol oynamaqda ittiham edib.

“Fransızlar antifutbol oynadılar. Təbii ki, belə futbol oynamaq onların hüququdur. Fransa millisində bilirdilər ki, bizi saxlamaq üçün ancaq belə oynamalıdırlar. Ancaq belə oyuna baxmaq xoş deyildi.

Onlar bizdən güclü deyildilər. Fransa sadəcə, yaxşı müdafiə olundu. Vəssalam. Hər şeyi xırda detallar həll etdi. Fransızlar vaxtı uzadırdı, hakim isə Eden Hazarda qarşı qayda pozuntusunu qeydə almadı”.

Fransa Belçikanı 1:0 hesabı ilə məğlub edərək, DÇ-2018-in finalına vəsiqə qazanıb.