11/07/2018
18:42
2332
| A A A
"Juventus büdcəsini əla idarə edən böyük klubdur”

Milan klubunun keçmiş məşqçisi Arriqo Sakki tanınmış futbolçu Ronaldonun Juventus klubuna keçidinə münasibət bidirib . Goal.az xəbər verir ki, Sakki bu keçidin İtaliya futbolunun xeyrinə olacağını deyib. “Juventusu təbrik edirəm. Ronaldo təkcə əla futbolçu deyil, həm də öz işinin peşəkarıdır. Juventus isə öz büdcəsini əla idarə etməyi bacaran böyük klubdur. Məni yalnız bir məsələ düşündürür: klub üçün ənənəvi qaydların qorunması. Futbolçuların qazanclarında fərq mümkündür. Amma qaydalar hamı üçün hər zaman eyni olub və bu, Ronaldoya da aid edilməlidir. Əks halda, Juventus klubunun soyunub – geyinmə otağında problemlər ola bilər. Klub rəhbərliyi əvvəllər bu cür problemlərin yaranmasına imkan verməyib. Ümid edirəm ki, bundan sonra da belə olacaq”,- deyə Sakki əlavə edib