16/07/2018
13:05
16678
| A A A
Real-ın keçmiş prezidenti:”Ronaldonu satmaq tarixi səhvdir”

Real klubunun keçmiş prezidenti Ramon Kalderon Ronaldonun Juventus klubuna transferinə təəssüfləndiyini bildirib. Goal.az xəbər verir ki, keçmiş prezident madridlilərin bu addımını tarixi səhv kimi dəyərləndirib. “Çox təəssüf ki, Ronaldonu satdılar. Bu futbolçu Real klubunun inkişafnda əvəssiz rol oynadı. Onu Manchester United –dən almaq mənə heç də asan başa gəlməmişdi. Mançester klubu belə bir hücumçunu əldən vermək istəmirdi. Ronaldonun transferi uzun və çətin danışıqlardan sonra mümkün olmuşdu. İndi isə Real onu 100 milyona satır. Bir mövsümdə 60 qol vuran hücumçunu 100 milyona satmaq düşünülməmiş bir addımdır. Hətta bir milyard təklif etsələr belə, Kriştianu Ronaldonun transferi tarixi səhvdir”,-deyə Kalderon bildirib