08/08/2018
12:09
8239
| A A A
Argentinanın uğursuzluğunda Messi günahkardır

Argentina Futbol Assosiasiyasının prezidenti Klaudio Tapia milli komandanın DÇ-2018-də uğursuz çıxışının səbəbini açıqlayıb.

Goal.az xəbər verir ki, Tapia komandanın taleyini Messiyə tapşırmaqla səhv etdiyini eriraf edib.

“Xorxe Sampaolini baş məşqçi təyin etməyimə peşman deyiləm. Bəzi məsələlər var ki, açıqlamaq istəmirəm. İndi hamı Xorxeni tənqid edir. Millinin heyətini seçərkən səhv etdik. Futbolçular Messinin rəyi əsasında seçilirdi. Düşünürdük ki, Messi Argentina millisini qələbəyə apara bilər. Amma səhv etdik. Bütün günahları Messinin üstünə yıxmaq istəməzdim. Hər kəs səhv edə bilər. Futbolda bir nəfər qalib gəlmir. Qələbəni komanda qazanır”, - deyə Tapia bildirib.

Xatırladaq ki, Argentina millisi mundialda 1/8 final mərhələsinə yüksəlib. Bu mərhələdə fransızlara uduzub - 3:4.