10/08/2018
12:16
2924
| A A A
Mourinyo: “Yalan, min dəfə təkrarlansa da, həqiqətə çevrilməz”

Manchester United-in baş məşqçisi Joze Mourinyo komandasının mövsümə hazır olduğunu deyib. Goal.az xəbər verir ki, portuqaliyalı futbolçularla arasında heç bir problem olmadığını bildirib. “Ötən il bizim üçün pis keçmədi. Yeni mövsümə hazırıq. İndidən çempionatın favoriti barədə danışmaq mənasızdır. Kimin daha güclü olduğunu noyabr-dekabr ayında görəcəyik. Futbolçularla münasibətimin pis olduğunu mən də eşitmişəm. Bunlar yalandır. Yalan, min dəfə təkrarlansa da, həqiqətə çevrilməz. İndiki heyət məni qane edir. Biz yüksək yerlər uğrunda birlikdə mübarizə aparırıq”, - deyə Mourinyo vurğulayıb.