27/08/2018
14:22
11441
| A A A
Angela Merkel: ”Özilin dediklərinə laqeyd qala bilmərik”

Almaniya kansleri Angela Merkel Arsenal-ın yarımmüdafiəçisi Məsud Özilin Almaniya Futbol İttifaqını rasizmdə günahlandırmasına reaksiya verib. Türk əsilli futbolçu rasizmə görə Almaniya millisindəki karyerasını bitirib. Özil Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoganla çəkdirdyi fotoya görə almanlar tərəfindən tənqidə məruz qalmışdı. Goal.az xəbər verir ki, kansler bu məsələni belə şərh edib: “Baş verənlər barədə dəqiq məlumatım var. Özilin Türkiyə prezidenti ilə olan şəkli barədə hər kəs öz fikrini ifadə edə bilər. Bizi narahat edən məsələnin başqa tərəfidir. Əgər immiqrantlardan hansısa Almaniya cəmiyyətində pis münasibət gördüyünü deyirsə, biz buna biganə qala bilmərik. Vəziyyəti araşdırmalı və müzakirə etməlıyik”. Almaniya prezidenti Frank-Valter Ştaynmayer də kansleri dəstəkləyib. Prezident ölkə vətəndaşlarına fərq qoyulmasının əleyhinə olduğunu bildirib.