12/09/2018
13:47
5827
| A A A
Matuidi: "Ronaldonun dünyanın ən yaxşı futbolçusu olduğunu deyə bilərəm"

Juventus və Fransa millisinin futbolçusu Blez Matuidi, komanda yoldaşı Kriştiano Ronaldo haqda fikirlərini bildirib.

Goal.az xəbər verir ki, fransız futbolçu Ronaldonun fərqli olduğunu qeyd edib.

“Ronaldoda fərqli bir şeylər var. 5 dəfə “Qızıl top”u qazanan birindən danışırıq. Dünyanın ən yaxşı futbolçusu olduğunu deyə bilərəm. Xüsusilə, Çempionlar Liqasını çox qazanan futbolçudur. Onun bu təcrübəsi bizə də kömək edəcək.

ÇL-də qrupumuz yalnız Manchester United-dən ibarət deyil. Valencia da güclü komandadır. Bizi çətin qarşılaşmalar gözləyir. A Seriyasında və ÇL-də uğur əldə etmək üçün çox çalışırıq”.

Juventus Çempionlar Liqasının H qrupunda Valencia (İspaniya), Young Boys (İsveçrə) və Manchester United-lə (İngiltərə) mübarizə aparacaq.