14/09/2018
15:06
1865
| A A A
"Üzrlü sayın, o,satılmır"

Manchester City-nin baş məşqçisi Xosep Qvardiola komandanın aparıcı futbolçularından olan Kevin De Bruynenin təzminat qiymətini açıqlayıb. Goal.az xəbər verir ki, ispaniyalı mütəxəssis belçikalı yarımmüdafiəçinin azad agentə çevrilməsi üçün onu istəyən klubun 250 milyon avro ödəməli olduğunu bildirib:

“O, çox yaxşı və çevik futbolçudur. Hər şeyi bacarır. İnanılmaz oyunçudur. Kevinin təzminat qiyməti 250 milyon avrodu. Amma üzrlü sayın, o satılmır”.

De Bruyne bu ilin yanvarında Manchester City  ilə müqaviləsinin müddətini 2023-cü ilə qədər uzadıb.