22/09/2018
13:00
11917
| A A A
Perez Ronaldonun satış səbəbini açıqladı

Real-ın prezidenti Florentino Peres yayda Kriştiano Ronaldonu Juventus-a satmalarının səbəbini açıqlayıb.

Goal.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, 71 yaşlı iş adamı klub üzvlərinin iclasında məsələyə aydınlıq gətirib. O bildirib ki, Ronaldo özü getmək istədiyi üçün belə bir qərar verilib:
“Ötən yay Real üçün ən faydalı satış Ronaldonun Juventus-a transferi oldu. O, şəxsi səbəblərə görə özü getmək istədi. Hər şey bir qərarla başladı və biz razılığa gəldik. Heç bir klub Ronaldoya görə Juventus-dan daha artıq pul təklif etmədi”.

F. Peres portuqaliyalı superulduzu Alfredo Di Stefanodan sonra klub tarixinin ən yaxşı futbolçusu adlandırıb: “Ronaldo ən xoş sözlərə və böyük təşəkkürə layiqdir. Onun klubumuz üçün etdikləri danılmazdır. Ronaldo Alfredo Di Stefanodan sonra Real tarixinin ən yaxşı futbolçusudur”.