25/09/2018
13:16
14284
| A A A
Zidan Mbappeni bu klubda görmək istəyir

Real Madrid-in sabiq baş məşqçisi Zinəddin Zidan PSG-nin futbolçusu Kilian Mbappeni Madrid klubunda görmək istəyir.Goal.az-ın xəbərinə görə, bunu İspaniyanın “Okdiario” kanalının “El Chiringuito” teleşousunun aparıcısı Eduardo İnda deyib. 

O bildirib ki, Zidan ötən gün FİFA-nın ilin qaliblərini mükafatlandırdığı tədbirdə gənc hücumçuya Real-a keçməyi məsləhət görüb:

“Zidan mərasimə hazırlıq zamanı Mbappe ilə qarşılaşdı və ona eynən belə dedi: “Kilian, sən mütləq Real üçün oynamalısan”.

Qeyd edək ki, bir müddətdir  19 yaşlı hücumçunun Real-ın transfer hədəfində olması haqda xəbərlər yayılır.