08/10/2018
15:23
10487
| A A A
Zidan İngiltərəyə yox, İtaliyaya gedir

Real Madrid-in keçmiş baş məşqçisi Zinəddin Zidan İtaliyanin Juventus klubuna keçə bilər. Goal.az Fransa mətbuatına istinadən xəbər verir ki, Zidanın agenti Alan Milyaçço bildirib ki, Zidan İngiltərə Premyer Liqasına keçməyəcək. Agent bunu ingilis futbolunun Zidanın oyun üslubuna uyğun gəlmədiyi ilə əlaqələnirib. Həmçinin Milyaçço bildirib ki, Zidanın ürəyində Juventus sevgisi olduğundan, gələcəkdə o, Turin təmsilçisinin baş məşqçisi ola bilər. Xatırladaq ki, Zinəddin Zidan ötən mövsümün sonunda "kral klubu" ilə ardıcıl 3-cü Çempionlar Liqasını qazanandan sonra öz istəyi ilə vəzifəsindən istefa vermişdi.