11/10/2018
14:17
1568
| A A A
Klinsman iddialıdır

Almaniya və ABŞ millisinin keçmiş baş məşqçisi Yurqen Klinsman yeni komandayla çalışmaq istəyindədir. Goal.az xəbər verir ki, almaniyalı ciddi məqsədləri olan millidə işləmək fikrində olduğunu gizlətmir. “Rusiyada keçirilən mundialdan qabaq 4-5 təklif aldım. Hamısından imtina etdim. Çempionata vəsiqə qazanan həmin komandaların əsas məqsədi qrupdan çıxmaq idi. 2014-cü ildə ABŞ millisində işləyəndə mənim də qarşıma belə vəzifə qoyulmuşdu. İndi bu məni qane etmir. Ciddi məqsədləri olan komandanın məşqçisi olmaq istərdim. Ən azı, dünya çempionatında yarımfinala yüksəlməyi düşünən millidə çalışa bilərəm”,- deyib Klinsman. 2006-cı ildə Almaniya millisi bu mütəxəssisin rəhbərliyi altında mundialın bürünc medalını əldə edib.