11/10/2018
17:20
2461
| A A A
Qrizmann: “Messi və Ronaldo dincəlmir”

Antuan Qrizmann Juventus-un hücumçusu Kriştiano RonaldoBarcelona-nın forvardı Leonel Messi barədə fikirlərini bölüşüb. Goal.az xəbər verir ki, Atletico-nun hücumçusu hər ikisini “futbol əfsanəsi” adlandırıb. “Messi və Ponaldo dincəlmir. Mövsümdə 50 qol vurmaq asan deyil. Onlar bunu bacarır. Müxtəlif mükafatlara, “Qızıl top”a layiq görülürlər. Heç nə olmamış kimi yenidən bu işi təkrarlayırlar. Bu il Avropa suprerkubokunu, Avropa liqasını qazanmışam. Dünya çempionu adına layiq görülmüşəm. Buna görə özümü Messi və Ronaldo ilə bir cərgədə görürəm. Başa düşürəm ki, onların nailiyyətini bütün karyeram ərzində əldə edə bilmərəm. Amma bir mövsümdə qazandıqlarını təkrarlamaq mümkündür”,-Qrizmann deyib.