07/11/2018
15:46
4523
| A A A
“Ronaldo üçün üçün qol vurmaq su içmək kimidir”

Manchester United-in yarımmüdafiəçisi Pol Poqba yayda klubdan ayrılan Kriştiano Ronaldodan danışıb. Goal.az xəbər verir ki, futbolçu transferdə Juventus-un qazandığını deyib. “Ronaldo kimi bir hücumçunu əldə etmək istənilən klubun arzusudur. Bu keçiddən qazanan tərəf Yuventus oldu. Səmimi deyirəm. Messi , Ronaldo və Neymar futbol dahisidir. Onlarla eyni klubda oynamaq futboldan zövq almaq deməkdir. Kriştiano Yuventus-da xoşbəxtdir. Onun üçün qol vurmaq su içmək kimidir”,- Poqba deyib. Xatırladaq ki, Manchester United ÇL-nin 4-cü turu çərçlvəsində bu gün Juventus-la qarşılaşacaq