08/11/2018
13:31
1296
| A A A
“Təəssüf ki, qələbə qrupdan çıxmaq üçün yetərli olmadı”- Qvardiola

Manchester City-nin baş məşqçisi Pep Qvardiola komandasının Shakhtar üzərində möhtəşəm qələbəsini dəyərləndirib.Goal.az xəbər verir ki, “şəhərlilər” Çl-nin qrup mərhələsində qonaq komandanı darmadağın edib - 6:0.  Qvardiola deyib: “İnanılmaz bir oyun oldu. Müdafiədə və hücumda əla oynadıq. Əsas odur ki, futbolçular qələbənin asan əld edildiyini düşünməsin. Bu, yanlış fikirdir. Təəssüf ki, qələbə qrupdan çıxmaq üçün yetərli olmadı. Amma məqsədlərimizə doğru daha bir addım atdıq. Penalti yox idi. Hakimin qərarı hamı kimi bizi də təəccübləndirdi. Ümumiyyətlə, penaltidən qol vurmağı xoşlamırıq”. F qrupuna Manchester City rəhbərlik edir. Qvardiolanın klubu 9 xal toplayıb. Lyon 6 xalla ikincidir. Hoffenhaym (3xal) ücüncü pillədə qərarlaşıb. Shakhtar qrup sonuncusudur - 2 xal.