03/12/2018
15:18
4942
| A A A
Baş məşqçidən qəribə açıqlama

İngiltərə çempionatının 14-cü turunda Arsenal - Tottenham matçında (4:2) Mesut Özil heyətdə yer almayıb.

Goal.az xəbər verir ki, Arsenal-ın baş məşqçisi Unai Emeri bununla bağlı sualdan yayınıb: “Deyəsən Özil ciynindən zədə alıb. Nə vaxt zədələndiyini bilmirəm. Oyunda iştirak etmirdi ki? Nə olduğunu dəqiq bilmirəm”.

Derbidə qələbədən sonra Arsenal turnir cədvəlində Tottenham-ı qabaqlayıb. Emerinin klubu 30 xalla 4-cü pilləyə yüksəlib. İlk “üçlükdə” Manchester City, Liverpool və Çelsea yer alır.