06/12/2018
12:27
1917
| A A A
Sarridən məğlubiyyət şərhi

Maurisio Sarri Chelsea-nın Premyer Liqanın 15-ci turunda səfər oyununda Wolverhampton-a (2-1) məğlubiyyətindən danışıb. Goal.az xəbər verir ki, baş məşqçi qarşıda komandasını Manchester City ilə daha çətin oyun gözlədiyini bildirib. “Etiraf etməliyəm ki, Manchester City indiki anda bizdən güçlüdür. Avropanın, hətta mən deyərdim ki, dünyanın ən güclü komandasıdır. Çempionlar Liqasının qalibi ola bilər. Düzdür, bəzi nüanslar var. Keçən il demişdim ki, Qvardiolanın komandası ÇL-nin favoritidir. Amma alınmadı. Növbəti turda bizi çətin sınaq gözləyir. İlk “4-lükdə” qalmaq asan olmayacaq. Wolverhampton-dan aldığımız məğlubiyyət işlərimizi korladı. Bu cür nəticə gözləmirdim. İngiltərə çempionatında xal itirməyin nə demək olduğunu yaxşı bilirəm. İtaliya çempionatında keçirdiyim son mövsümdə 91 xal toplamışdıq. Amma çempion ola bilmədik. Hər matçda xal qazanmaq çox vacib amildir”.