07/12/2018
11:48
625
| A A A
“Məncə, hər şey bitib” - Nice prezidenti

Nice Mario Balotellinin müqaviləsini artırmayacaq..

Goal.az xəbər verir ki, klubun prezidenti Jan-Pyer River hücumçunun göndəriləcəyini deyib. “Düşünürdük ki, yayda komandadan gedəcək. Buna görə hazırlıqlarda iştirak etmədi. Mövsümün birinci yarısında oyunu alınmadı. Amma istedadı yerindədir. Bir qol vura bilsə, davamı gələcək. Peşman olmaq lazım deyil. Yeni müqavilə barədə düşünmürük. Məncə, hər şey bitib”, - prezident deyib.

Balotelli bu mövsüm Fransa çempionatında 10 matça çıxıb. Fərqlənə bilməyib. Bir məhsuldar ötürmə edib. Əvəzində 5 sarı kart alıb. Ötən il 18 qol vurmuş, 6 qol ötürməsi etmişdi.