07/12/2018
13:32
664
| A A A
Darmian İtaliya üçün darıxır

Manchester United-in müdafiəçisi Matteo Darmian komandasının bu mövsümdə çıxışına münasibət bildirib.

Goal.az xəbər verir ki, futbolçu mövsümün ideal olmadığını deyib.

“Çempionata yaxşı başlamadıq. Qarşıda hələ çox oyun var. Çalışmalıyıq ki, liderlərlə xal fərqini azaldaq. Nəticələri yaxşılaşdıra bilərik. Manchester United kimi nəhəng klubda olmaqdan qürur duyuram. Amma İtaliya üçün darıxıram”, - Darmian deyib.